İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən Qars-Naxçıvan dəmir yolunun inşası haqqında açıqlama

"Qars-Naxçıvan dəmir yolunun inşası planı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni bir qolunun yaranması kimi qiymətləndirilməlidir. Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək yol alternativ kimi bizim nəqliyyat sahəsində tərəfdaşlığımızı daha da möhkəmləndirəcək".

Musavat.com bildirir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 21-də Bakıda keçirilən Azərbaycan -Turkiyə İnvestisiya Forumunda deyib.

"Azərbaycan Orta Dəhlizin şərqlə qərbi birləşdirən etibarlı ticarət marşrutu kimi önəm qazanmasında həlledici rol oynayıb. Orta Dəhliz boyu ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Azərbaycandan, Türkiyə vasitəsilə Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır.

Azərbaycan bu çərçivədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb" - , deyə nazir qeyd edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR