İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən dərsliklərin məktəblərə gec verilməsi ilə bağlı AÇIQLAMA

"Dərslik çapı ilə bağlı bir mətbəə ilə problemimiz yaranmışdı. Tenderdə qalib gələn mətbəə dərslikləri çap etməmişdi. Bu səbəbdən bir qisim dərsliklər məktəblərə gec verilmişdi".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, hazırda dərslik problemi yoxdur: "Günahkar axtarmaq yox, bunun tədrisə təsirini araşdırmaq lazımdır. Dərsliklərin gec verilməsi obyektiv səbəblə bağlıdır. Kağız çatışmazlığı səbəbindən istehsal yubanmışdı. Bu problem qonşu ölkələrdə də yaranmışdı. Dərsliklərin elektron versiyası əlçatandır. Hazırda dərslik problemi yoxdur".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR