İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "İtaliya Ukraynaya daha çox silah göndərməyə hazırdır"

Biz rəsmi Kiyevin tam müstəqilliyini dəstəkləyirik və Ukrayna üçün əlimizdən gələni edirik. Mümkün qədər çox silah göndərməyə hazırıq, bunu etməzdən əvvəl İtaliya Parlamentinə məlumat veriləcək.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Rusiyanın hücumları nəticəsində Ukraynada yararsız vəziyyətə düşmüş elektrik enerjisi şəbəkəsinin yenidən qurulması üçün 50 tondan çox material göndərmişik. Hava hücumundan müdafiə sistemlərinin göndərilməsi üçün də müzakirələr aparırıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, İtaliya Senatında Ukraynaya hərbi materialların göndərilməsinin 2023-cü il dekabrın 31-dək uzadılmasını nəzərdə tutan fərmanla bağlı müzakirələr davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR