İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir avtomobil qəzasında öldü

Pakistanın dini məsələlər və dinlərarası razılaşma naziri Əbdül Şakur yol qəzasında həlak olub.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, qəza axşam saatlarında İslamabadda baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, nazirin avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb.

Qeyd edilir ki, Əbdül Şakur qəza zamanı ağır xəsarət alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR