İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevlərin ölkədən qanunsuz çıxardığı kapitalın taleyi necə olacaq....

Qazaxıstan hökuməti mayın sonunadək ölkədən qanunsuz çıxarılan kapitalın qaytarılması ilə bağlı qanun layihəsinə rəy verəcək, daha sonra sənəd parlamentə göndəriləcək.

Musavat.com Asiya ölkəsinin mediasına istinadla xəbər verir ki, Qazaxıstanın ədliyyə nazirinin müavini Alma Mukanova parlamentdə ölkədə qanunsuz çıxarılan kapitall haqqında qanun layihəsinə baxılma vaxtı barədə danışıb.

Jurnalistlər nazir müavininə dövlət qurumlarının dövlət əmlakını xaricə aparan vətəndaşlara, xüsusən də eks-prezident Nursultan Nazarbayevin ailə üzvlərinə və onun ətrafına qarşı necə araşdırma aparılacağınıı soruşublar.“Böyük məbləğdə əmlakın altına düşən qurumların aktivləri müəyyən edildikdən sonra həmin şəxslər bəyannamə təqdim etməli olacaqlar. Onlar bu aktivlərin qanuniliyini sübut etməlidirlər. Əgər bu şəxslər onu edə bilməsələr, o zaman dövlət orqanı əmlakı müsadirə edəcək”, - nazir müavini bildirib.

Alma Mukanova qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları potensial pozuntular barədə məlumatları banklardan tələb edə biləcəklər. Əgər subyektlər hüquq-mühafizə orqanlarının əməkdaşlarının sualları altına düşərsə, o zaman onlar  əlaqəli şəxslərə qarşı yoxlamalara başlayacaqlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR