İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayev dövlət mühafizəsindən məhrum olacaq

 

Qazaxıstan hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin avqustun 4-dən etibarən keçmiş prezident Nursultan Nazarbayevin təhlükəsizliyini təmin etməməsi barədə fərman imzalayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, eyni zamanda, Qazaxıstanın keçmiş rəhbəri toxunulmaz olaraq qalacaq. Nazarbayev həmçinin mənzil, xidməti dövlət bağı, cangüdənlər, sürücülü avtomobil və tibbi xidmətlə təmin olunub.

Bu qərar 2023-cü ilin fevralında qəbul edilmiş  və Nazarbayevin, eləcə də onun qohumlarının statusunu və imtiyazlarını təsbit edən “Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında” qanuna əsaslanır.

Tokayev bundan əvvəl “Qanunsuz əldə edilmiş aktivlərin dövlətə qaytarılması haqqında” qanunu imzalayıb. Sənədə əsasən, korrupsiyaya uğramış aktivlərin dövlətin xeyrinə ələ keçirilməsinə icazə verilir. Qanunun müddəalarını tətbiq etmək üçün şəxslərin qanunla müəyyən edilmiş həddən artıq məcmu aktivləri olmalıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR