İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayev artıq “Elbası” deyil-Son qərar

Qazaxıstanın Konstitusiya Məhkəməsi “Birinci Prezident – Elbası haqqında” qanunu etibarsız elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi 2022-ci il iyunun 5-də keçirilmiş referendumun nəticələrinə əsasən, Qazaxıstan Konstitusiyasında bu qanunun saxlanılması üçün heç bir hüquqi əsas olmadığını qərara alıb. Qərar qəbul edildiyi gündən qüvvəyə minir, Qazaxıstanın bütün ərazisində məcburidir, qətidir və şikayət verilmir.

Xatırladaq ki, ötən il dekabrın sonunda Qazaxıstan parlamenti “Birinci Prezident – Elbası haqqında” Konstitusiya Qanununun ləğv edilməsi haqqında qanun layihəsini qəbul etmişdi.

Bu qanun Nursultan Nazarbayev və onun ailə üzvləri üçün əhəmiyyətli imtiyazların ləğvini ehtiva edir. Əvvəlki qanun Nazarbayevə toxunulmazlıq verirdi. Keçmiş “elbaşs” prezidentlik səlahiyyətləri dövründə törətdiyi əməllərə görə məsuliyyət daşıya bilməzdi, onun əmlakı və onunla yaşayan ailə üzvlərinin əmlakı toxunulmaz sayılırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR