İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda yüksək vəzifəyə daha bir təyinat - FOTO

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub.

Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, İlqar Hacıbala oğlu Sadiqov Dövlət Komitəsinə sədr təyin edilib.

Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər İ.Sadiqovu kollektivə təqdim ediblər.

Təqdimat zamanı Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, İ.Sadiqov bu təyinatadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR