İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda Sığorta Xidməti ləğv olundu

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs ləğv edilib.

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov mayın 3-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR