Onlayn ictimai-siyasi qəzet
Naxçıvan İctimai Səhiyyə Xidmətinin direktor müavini cərimələnib. Şeyda Şıxəliyeva inzibati məsuliyyətə cəlb edilib. O, hazırda Xidmətin direktor vəzifəsini müvəqqəti olaraq icra edir.
Musavat.com xəbər verir ki, Şeyda Şıxəliyeva Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə olunub.
Buna səbəb istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun tələblərinə əməl etməməsi olub. İşçilərlə sığorta müqaviləsi bağlanmayıb.
Şeyda Şıxəliyeva Naxçıvan Şəhər Məhkəməsinə müraciət etsə də, şikayəti təmin edilməyib. Ali Məhkəmə də Ş.Şıxəliyevanın şikayətini təmin etməyib.
Şeyda Şıxəliyevanın dediyindən məlum olub ki, işçilərindən cəmi 2 nəfərin sığorta ödənişində problem yaranıb:
“Həmin əməkdaşlardan hər ikisinin icbari sığorta müqaviləsi qanuna müvafiq olaraq yenilənmişdi. Sığorta şirkətinə 22 manat 57 qəpik borc yaranmışdı. Sığorta şirkətinin sistemi işləmədiyindən ödənişlər sistemə yerləşdirilməmişdi”.
İ.Muradov
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ