Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda avtomobil ana və oğlunu vurub.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayonun Badaşqan və Hacıvar kəndləri arasında olan yolda qeydə alınıb.
Nəticədə Badaşqa kənd sakini, 1987-ci il təvəllüdlü Əfsanə Adil qızı Əzimli və onun övladı 2011-ci il təvəllüdlü Tahir Sübhan oğlu Əzimli xəsarət alıblar. Onlar Naxçıvan Sağlamlıq Mərkəzinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Hadisənin səbəbi araşdırılır.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ