İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-ya qoşulmaq yolu - Alyansın genişlənməsi heç zaman indiki qədər ağrılı olmayıb

İsveç və Finlandiya hərbi-siyasi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq üçün müraciət edib. Alyans rəhbərliyi və aparıcı üzv ölkələrin liderləri hər iki ölkənin hərbi-siyasi meyarlara tam cavab verdiyini əsas gətirir, üzvlük məsələsini tez həll etməyə çağırır.

Novator.az bildirir ki, qaydalara görə, NATO-ya qoşulmağın ilk rəsmi addımı üzv ölkələrin və namizədin hərbi alyansdakı səfirlərinin protokol imzalaması sayılır. NATO-da qərarlar konsensus əsasında qəbul olunduğu üçün hər bir üzv ölkənin razılığı mütləqdir.

Protokol imza mərhələsini aşdıqdan sonra hərbi alyansa üzv dövlətlərin, o cümlədən namizəd ölkənin parlamentində ratifikasiya edilir, yalnız bundan sonra alyansa üzvlük rəsmiləşir.

30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir.

NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya.

Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulublar.

Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub.

İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib.

Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib.

Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunurlar.

Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb.

Monteneqro 2017-ci ildən ittifaqdadır.

Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.

İsveç və Finlandiyanın NATO-ya qoşulmaq niyyəti Rusiyanın 2022-ci ilin fevralından Ukraynada apardığı total işğalçı müharibə fonunda ortaya çıxıb.

Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın Türkiyədə separatçılığa, terrorçu kimi tanınan qurumlara dəstək verdiyini əsas gətirərək onların alyansa üzlüyünü əngəlləyəcəyini bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR