İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO və G7 ölkələri Rusiyaya belə cavab verəcək - İLK DETALLAR AÇIQLANDI

Rusiyanın Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutmasından sonra G7 liderləri bu gün növbədənkənar iclas keçiriblər.

Musavat.com xəbər verir ki, Almaniya, ABŞ, Fransa, İngiltərə, Kanada, İtaliya və Yaponiya daxil olmaqla G7 ölkələri Ukrayna prezidenti Vladimir Zelenskinin videokonfrans vasitəsilə iştirak etdiyi görüşdə regiondakı son hadisələri müzakirə ediblər.

Zelenskinin iclasda G7 ölkələrindən hava hücumundan müdafiə sistemləri və silah yardımı istədiyi bildirilir.

Xatırladaq ki, Ukrayna lideri daha əvvəl hava hücumundan müdafiə sistemlərinin ölkəsinin "bir nömrəli prioriteti" olduğunu bildirmişdi. 

Bu gün keçirilən görüşdən sonra verilən ilk açıqlamada G7 ölkələrinin Ukraynanın yanında olmağa davam edəcəyi və maliyyə, humanitar, hərbi və hüquqi yardımları davam etdirəcəkləri vurğulanıb.

G7 liderləri görüşdə bəyan ediblər ki, Qərb infrastrukturuna edilən bütün hücumlara vahid və qətiyyətlə cavab veriləcək.

Digər tərəfdən NATO-nun baş katibi Yens Stoltenberq son bəyanatında alyansın Ukraynanın yanında olmağa davam edəcəyini bildirib.

"Rusiya cəbhədə irəliləyiş əldə edə bilmir. Daim ərazi itirir. Cəbhədə lazımi gücə malik deyil və Ukraynanın əks-hücumlarını dayandıra bilməz. Onların raket atmaqdan başqa çarələri yoxdur" - Stoltenberq deyib.

Rusiyanın mülki infrastrukturu hədəf almasına diqqət çəkən baş katib NATO-nun “Şimal axını” boru xəttinə hücumdan sonra tədbirləri gücləndirəcəyini də vurğulayıb.

Nüvə müharibəsi ilə bağlı narahatlıqlara toxunan Stoltenberq Rusiyanın nüvə vəziyyətində heç bir dəyişiklik görmədiklərini bildirib və Ukraynanın infrastrukturuna ediləcək hər hansı hücuma vahid cavab veriləcəyini vurğulayıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR