İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini gələn il keçirməyi planlayır

NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini gələn il keçirməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb.

Bildirilib ki, “Sabit Müdafiəçi” adlanan təlimə ən azı 41 min əsgər və 50-dən çox gəmi cəlb ediləcək. Təlim zamanı 500-700 döyüş atışının həyata keçiriləcəyi gözlənilir.

Qeyd olunub ki, təlimin əsas məqsədi Rusiyanın ehtimal olunan təcavüzünə hazırlıqdır.

Nəşrin yazdığına görə, təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Təlimlərdə hələ rəsmi surətdə Alyansa üzv olmayan İsveç də iştirak edəcək.

Qeyd edək ki, soyuq müharibə - Sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geosiyasi, iqtisadi və ideoloji mübarizə vəziyyətidir. İkinci dünya müharibəsindən sonrakı dövrü əhatə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR