İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO: “Şimal axını” kəmərlərinin zədələnməsi dərin narahatlıq doğurur”

“Baltik dənizinin beynəlxalq sularında “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin zədələnməsi dərin narahatlıq doğurur”.

"Report" xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.

Bildirilir ki, hazırda mövcud olan bütün məlumatlar göstərir ki, bu, qəsdən, ehtiyatsız və məsuliyyətsiz törədilmiş təxribat aktlarının nəticəsidir: "Bu sızmalar gəmiçilik üçün risklər yaradır və ətraf mühitə ciddi ziyan vurur. Biz zərərin mənşəyini müəyyən etmək üçün aparılan araşdırmaları dəstəkləyirik. Müttəfiqlərin son dərəcə vacib infrastrukturuna qarşı qəsdən edilən istənilən hücuma yekdil və qətiyyətli cavab veriləcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR