İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Putinə Ukrayna ilə bağlı yeni siqnal göndərib

“Almaniyada çıxan Süddeutsche Zeitung” qəzeti yazır ki, Ukrayna münaqişəsi fonunda Almaniyanın himayəsi altında Şimali Atlantika Alyansı Rusiyanı Baltik dənizində təlimlərlə hədələmək qərarına gəlib.

Almaniya hərbi dəniz qüvvələrinin baş komandanı, vitse-admiral Yan Kristian Kaakın sözlərinə görə, Almaniya hakimiyyəti öz tərəfdaşları ilə birlikdə bu manevrlər vasitəsilə Rusiyaya “ayıq-sayıqlıq siqnalı” göndərmək istəyir.

Məqalə müəllifləri dəqiqləşdiriblər ki, hazırda NATO-nun Baltikyanı ölkələrə və Finlandiyaya ən mühüm təchizat marşrutları dənizdən keçir. Bu səbəbdən dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi mühüm vəzifəyə çevrilir.

"Məsələn, Litva və Polşa arasında quru əlaqəsi asanlıqla kəsilə bilər, çünki bu dəhliz Rusiyanın Kalininqrad və Belarus arasında 65 kilometrlik dar ərazi boyunca uzanır", - qəzet qeyd edir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR