İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə gəlib - DETALLAR

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə səfər edib. Cənab Stoltenberqin Ukraynaya səfəri rəsmi olaraq açıqlanmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayb.

KİV-də Yens Stoltenberqin Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında yerləşən və həlak olan ukraynalı hərbçilərin xatirə divarının yanında dayandığı fotoları da dərc olunub. NATO baş katibinin Ukraynaya səfəri barədə əvvəlcədən məlumat verilməyib. Cənab Stoltenberq Rusiya hərbi əməliyyatları başlayandan bəri ilk dəfə ölkəyə səfər edib.

Aprelin əvvəlində Yens Stoltenberq gözlənilən əks-hücum ərəfəsində NATO ölkələrinin Ukraynaya hərbi dəstəyi gücləndirmək niyyətini açıqlayıb. NATO-nun baş katibi izah edib ki, alyans Kiyevə sovet silahlarından Qərb silahlarına keçiddə kömək edəcək. Ümumilikdə, hərbi münaqişə başlayandan bəri NATO ölkələri Ukraynaya ümumilikdə 65 milyard avro dəyərində silah tədarük edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR