İnsanlara hürriyət, millətlərə istiqlal!

Narışkindən Makrona sərt cavab: “Paranoik xəyallardan qurtulmaq üçün...”

Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı sözləri çılğın və paranoik xəyallardır.

Musavat.com “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin bildirib.

“Bilirsinizmi, mən Makrona, Sejurneyə və neonasist Baltikyanı rejimlərin liderlərinə Konstantin Paustovskini oxumağı tövsiyə etmək istərdim”, - Narışkin deyib.

XKX direktorunun sözlərinə görə, bu mütaliə onlara “dəli və paranoid xəyallarından qurtulmağa” kömək edə bilər. Narışkin həmçinin Paustovskinin Fransanın Avropadakı əvvəlki hərbi mövcudluğu ilə bağlı fikirlərindən də sitat gətirib.

Bundan əvvəl Makron yenidən Ukraynaya qoşun yeritməyin mümkün olduğunu deyib. O vurğulayıb ki, Kiyevin müttəfiqləri bunun üçün bütün vasitələrdən istifadə etməlidirlər ki, Rusiya qalib gəlməsin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR