İnsanlara hürriyət, millətlərə istiqlal!

Narinin əmisi İDDİALARA cavab verdi

Türkiyənin sarsıdan Narin Güran cinayətində şübhələr ailənin üzərində cəmləşir. 

Musavat.com xəbər verir ki, Diyarbakırın Bağlar rayonunda itkin düşdükdən 19 gün sonra cəsəti tapılan 8 yaşlı Narinin əmisi ilə anası arasında sevgi münasibətinin olması iddiaları səsləndirilir. İddialara görə, Narin məhz bu münasibəti öyrəndiyi üçün öldürülüb. 

Narinin əmisi Salim Güran şübhəli qismində saxlanılıb. Narinin DNT-si məhəllənin muxtarı olan əmisi Salim Güranın maşınının oturacağında tapılıb. Salim Güran ifadəsində demək olar ki bütün suallara ziddiyətli cavablar verib. O əvvəlcə Narinin onun maşınına heç minmədiyini bildirsə də, sonra "bizim ailədə hər kəs bir-birinin maşınına minir" cavabını verib. Ancaq həmin avtomobildə digər qardaşuşaqlarının DNT-sinin olmadığı vurğulanıb. 

Salim Güran həmçinin Narinin anası ilə (qardaşının həyat yoldaşı) intim münasibətin olması barədə suallara da cavab verib. O, Narinin anasının telefon nömrəsinin belə onun telefonunda olmadığını bildirib. "Onunla heç bir münasibətim yoxdur", deyib. 

Salim Güranın telefonundakı "WhatsApp" yazışmalarını silməsi də şübhələrə yol açıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR