İnsanlara hürriyət, millətlərə istiqlal!

Nanuşyanın yaralı əsgərlərdən xəbəri yoxmuş 

Ermənistan səhiyyə nazirinin müavini Lena Nanuşyan son sərhəd toqquşması nəticəsində xəsarət alan hərbçilər barədə məlumatı olmadığını deyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlament iclasında bəyan edib.

Lena Nanuşyan bunun üçün Müdafiə Nazirliyindən rəsmi məlumat gözləməyi təklif edib.

Maraqlıdır ki, bununla bağlı sualı verən hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Emma Palyan olub. O, Müdafiə Nazirliyinin də hələlik bu məsələ ilə bağlı hər hansı yeni məlumat dərc etmədiyinə diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR