Onlayn ictimai-siyasi qəzet
"Xəyyam sənət yoldaşlarından gileylənəndə Namiq Qaraçuxurlunun adını çəkdi. Amma Namiq, onu ziyarətə gedən ilk dostlarından biridir".
Bunu "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu bildirib.
O, meyxanaçı Xəyyam Əhmədlinin idialarına cavab verib:
"Xəyyam sənət yoldaşlarından gileylənəndə Namiq Qaraçuxurlunun adını çəkdi. Amma Namiq, onu ziyarətə gedən ilk dostlarından biridir. Hətta bu gün bunu da açıqlayım ki, Xəyyamın əməliyyat vəsaitini qarşlayan şəxs, məhz Namiqin paylaşımını görən kəsdir. Həmin müraciətdən sonra Namiqlə əlaqə saxlayıb və çatışmayan məblləği tamamlamaq istədiyini bildirib. Namiq ailəsi ilə xarici ölkədə olsa da, bu şad xəbəri vermək üçün Xəyyama dəfələrllə zəng edib, amma Xəyyam telefona cavab verməyib. Xəyyam bilsin ki, Namiq ona sadiqdir və onların dostluğu əbədidir"./azxeber.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ