Onlayn ictimai-siyasi qəzet
Meyxanaçı Namiq Qaraçuxurlu hazırda səhhətində ciddi problem olan meyxanaçı Xəyyam Əhmədlinin ziyarətinə gedib.
Namiq həmkarının sağalması üçün maddi yardıma ehtiyac olduğunu bildirib. O, Xəyyamın görüntülərini paylaşaraq, onun üçün yardım istəyib:
"Bir çox mahnıların müəllifi Xəyyamdır. Xəyyamla bağlı paylaşım etdim, dostlar dəstək oldu. Amma daha çox dəstəyə ehtyacımız var. Kart nömrəsi qoyacağam, imkanı çatanlar yardım etsin".
Qeyd edək ki, Xəyyamın ürəyində problem var. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. X.Əhmədli 2018-ci ildə ürəyindən anju olunub. (Axşam.az)
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ