İnsanlara hürriyət, millətlərə istiqlal!

Namiq Mənanın oğlunun başında ŞİŞ AŞKARLANDI - VİDEO

"Oğlum Mənanın 3 ay əvvəl ardıcıl olaraq 1 ay fasilə ilə "sudurqa"sı (epileptik tutma - red.) oldu. Bu hal o, yuxuda olanda baş verir. Sonra onu müayinələrdən keçirtdik, başını "MRT" (Maqnit Rezonans Tomoqrafiya - red.) elətdirdik. Nəticədə bəlli oldu ki, Mənanın başında xoş xasisəli 2 sm. öçüsündə meningioma (Ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri olub, beynin üzərini örtən qoruyucu təbəqə olan meninks - beyin örtüyündən əmələ gəlir - red.) var".

Musavat.com bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Mənanın atası meyxanaçı Namiq Məna qonaq olduğu "Bizimləsən" ictimai-sosial proqramında deyib.

Söz xiridarı oğlunun ağırlaşan səhhəti ilə bağlı bunları söyləyib: "Oğlumun beynində meningioma aşkar olduqdan sonra təşvişə düşdük. Şükürlər olsun ki, oğlum əməliyyat olundu, müalicələr aldı. Hər şey indi normaldır".

'Məna isə "Yuxuda "sudurqa" məni tutduğuna görə hiss etmirdim heç nə. Yuxudan məni ayıldırdılar, mən də ayılırdım. Üç dəfə ara verə-verə "sudurqa"m olub" sözləri ilə sağlamlıq vəziyyətini ifadə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR