İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nagehan Alçı “qara siyahı”dan çıxmaq üçün yalvarırdı...”

“Azərbaycanla Türkiyənin münasibətini korlamaq istəyən təkcə ermənilər deyil ki. Ermənipərəst, erməni puluna satılan Nagehan Alçı kimi jurnalistlər də var”.

Musavat.com xəbər verir ki, bunu jurnalist Azər Qismət yazıb. O N.Alçının torpaqlarımız işğal altında olanda Qarabağa qanunsuz səfər etdiyini xatırladıb:

“Separatçılarla dostluq edir və aldığı pulların müqabilində Türkiyə və Azərbaycanın münasibətini korlamağa çalışır. Sinan Oğan səsini Ərdoğana verəndən sonra bu xanım hər gün ona çamur atır, fikrindən döndərməyə çalışır. Sinan Oğan öz qərarını verdi və siyasi addımında qətidir. Separatçılarla dostluq edən, erməni pulu ilə özünə şərait yaradan xanımın Azərbaycana girişinə qadağa qoyulub. Azərbaycan tərəfdən düzgün addım atılıb”.

A.Qismət bildirib ki, erməni lobbisinin sponsorluğu ilə yaxşı həyat quran Nagehan Alçı hər dəfə Azərbaycanı məsxərəyə qoyur: “Bizi bəyənmir, lakin yalvarırdı ki, məni qara siyahıdan çıxarın. Yalvarışlarına inanmayan Azərbaycan tərəfi kiçik şans verdi ki, bəlkə adam ola, terrorçuları müdafiə etməyə. Erməni lobbisinin tapşırıqlarını can-başla yerinə yetirən, SOROS Fondunun maliyyələşdirdiyi Beynəlxalq Böhran Qrupunun əməkdaşı olan bu satılmış qadın Azərbaycana gəlib-gedəndən sonra yenə bizi məsxərəyə qoydu. Bir sözlə, saxtakar və riyakar”.

Qeyd edək ki, Türkiyəli jurnalist Nagehan Alçının Azərbaycana girişinə qadağa qoyulub.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR