İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nağd şəkildə heç bir ödəniş etməyin!" - Nazirlikdən QƏTİ XƏBƏRDARLIQ

Məlum olduğu kimi, avqustun 7-dən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Ödənişlər mobil tətbiq və sms vasitəsilə həyata keçirilir. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq edilir. Yeni qanuna əsasən parklanma yerlərində “parkovşik”lərin dayanması qadağandır. Lakin hələ də həmin parkinq əməkdaşları parklama ərazisində olur.

Bəs qanunsuz “parkovşik”lərlə mübarizə necə aparılır?

Məsələ ilə bağlı Sfera.az-ın sorğusuna cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərvanə Əliyeva bildirib ki, parklanma qaydalarına riayət olunması üçün nəzarətçilər cəlb olunub:

“Bu günə olan statistikaya əsasən, tətbiqi mobil cihazlara 124 min 463 nəfər yükləyərək qeydiyyatdan keçib. 8967 nəfər isə balansın artırılması əməliyyatını həyata keçirib. Xatırladaq ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunublar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR