Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qlobal Ekoloji Fondun (GEF) baş direktoru Karlos Manuel Rodriges ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən tarixi nəticələri müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, görüş Ər-Riyadda COP16 çərçivəsində keçirilib. Tərəflər, həmçinin iqlim maliyyələşdirilməsi, əməkdaşlığın gücləndirilməsi və torpaqların bərpası üzrə qlobal fəaliyyətlərin stimullaşdırılması və quraqlığa davamlılığın artırılması məsələlərini müzakirə ediblər.
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ