İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxbir sözünü çevirincə Tramp dəliyə döndü və reportajı kəsdi - VİDEO

ABŞ-ın eks prezidenti Donald Tramp müsahibə zamanı müxbirə əsəbləşərək reportajı yarıda kəsib. 

Musavat.com xəbər verir ki, Tramp hazırki prezident Co Baydenlə birlikdə müsahibə vermək istədiyini deyib. Müxbirə bildirib ki, baxın, elə indiki kimi birlikdə müsahibə verək. Daha sonra Tramp Baydenin mağazadan dondurma alıb çıxarkən müxbirlərlə danışmasına toxunub.

"Dondurmanın şokolad parçaları ilə olduğunu dedi. Həmin vaxt o bir skandalın ortasında idi", - Tramp deyib. 

Müxbirin "yox, deyildi" deyə Trampın fikirlərinin əksinə fikir söyləməsi isə Trampı özündən çıxardıb. 

Tramp "Zənnimcə, burada yetərincə müsahibə verdik" deyərək müsahibəni yarıda kəsib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR