İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarpız, qovun, avokado və ananası bu saatlarda yemək olmaz!

Həkim Xose Manuel Felises xəbərdarlıq edib ki, qarpız və qovun axşam saatlarında istehlak edilməməlidir, çünki bu, yuxu problemlərinə səbəb ola bilər.

Onun sözlərini "La Razon" sitat gətirirb.

"Onlar su ilə çox zəngin olduqları üçün gecənin bir yarısında insanı oyandırıb tualetə getməyə vadar edə bilərlər", - doktor izah edib.

Həkimin sözlərinə görə, həm qovunun, həm də qarpızın 90%-dən çoxu sudan ibarət olduğu üçün onlar yatmazdan əvvəl yeyildikdə problemə çevrilir.

Bundan əlavə, Felises axşam saatlarında ananas yeməkdən də çəkinməyə çağırıb. Çünki tərkibində çoxlu turşu var, bu da mədədə narahatlıq yarada bilər.

"Axşam yeyilməməli olan məhsullara avokadonu da əlavə etmək olar. Onu həzm etmək çətindir", - deyə Felises yekunlaşdırıb.  (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR