İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət Dəməşqdə nəzarəti ələ keçirdi - Baş nazirdən ŞOK BƏYANAT

Suriyada daxili münaqişə kritik mərhələyə qədəm qoyub. Müxalif qüvvələrin sürətli irəliləyişi nəticəsində hökumət ordusu Dəməşqin mərkəzindən geri çəkilib.

Musavat.com xəbər verir ki, əldə edilən məlumatlara görə, müxalif qüvvələr artıq paytaxtın simvolik məkanlarından olan Əməvi meydanına daxil olub və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər. Bu hadisə müxalifətin paytaxt üzərində nəzarəti tamamilə ələ keçirməkdə olduğunu göstərir.

Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali bəyan edib ki, xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazırdır. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib və Dəməşqi tərk etməyəcəyini vurğulayıb. “Dövlət qurumlarının fəaliyyətinin davamlılığını təmin etmək üçün buradayam,” – deyə baş nazir qeyd edib.

Qeyd edək ki, “Reuters” agentliyi Suriya prezidenti Bəşər Əsədin paytaxtı tərk etdiyini və naməlum istiqamətə uçduğunu xəbər verib. Prezidentin harada olduğu hələlik bilinmir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR