İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsəlman ölkədən İsrailə SÜRPRİZ səfər: Gizlicə gəldilər

Misir nümayəndə heyəti İsrail-HƏMAS savaşına son qoymaq məqsədilə razılaşma əldə etmək üçün keçən həftə Təl-Əvivdə olub.

Bu barədə bir Misir rəsmisi Qətərin “Əl-Ərəbi Əl-Cədid” nəşrinə deyib.

Ölkə rəsmisi işlərin hələ də mürəkkəb olduğunu bildirib.

Adı açıqlanmayan mənbə nəşrə söyləyib ki, Qahirə İsrailin əhatəli anlaşma əldə olunacağı təqdirdə quru əməliyyatından sonra Qəzza zolağından tamamilə geri çəkilməyə hazır olub-olmadığını araşdırır.

Bir fələstinli mənbə isə qəzetə bildirib ki, əsir mübadiləsi və atəşkəs razılaşması əldə etmək üçün fələstinli qruplar arasında daxili məsləhətləşmələr hələ də davam edir. (Teleqraf.com)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR