İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Quliyevdən pensiyanın məbləği ilə bağlı AÇIQLAMA  

Komitə sədri Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd edib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 97%-ni və ya 6 milyard 77 milyon 580 min manatını əhaliyə ödənişlər təşkil edəcək.

Musavat.com-un məlumatına görə deputat fikrinin davamında aşağıdakıları söyləyib: “Əhaliyə ödənişlər üzrə xərclərin 5 milyard 907 milyon 180 min manatı əmək pensiyalarının, 170,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin hesabına təmin ediləcək. Əhaliyə ödənişlərin 2023-cü il üçün nəzərdə tutulmuş proqnozu 2022-ci ilin təsdiqlənmiş proqnozundan 646,4 milyon manat, yaxud 12% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat təşkil edib, 2022-ci ildə 371 manat təşkil edəcəyi gözlənilir, 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır. Əmək pensiyasının minimum məbləği anlayışı pensiya təminatı sisteminə 2017-ci ildə daxil edilib. 2017-ci ildə əmək pensiyasının minimum məbləği 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu məbləği 240 manata çatdırılıb”.

M.Quliyev deyib ki, növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 399 manatdan 56 manat artaraq - 455 manata, əlilliyə görə pensiyanın 324 manatdan 45 manat artaraq - 369 manata, ailə başçısını itirməyə görə pensiyanın 328 manatdan 46 manat artaraq - 374 manata yüksəlməsi proqnozlaşdırılır: “Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 44,2% və 45,5% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcəkdir. Qeyd edilən əmsal 2018-ci ildə 40,7%, 2019-cu ildə 41,5%, 2020-ci ildə 42,7% olub. Cari və növbəti il üzrə pensiyaların orta aylıq məbləğlərinin artım dinamikası müvafiq olaraq, 11,7 % və 14,1 % səviyyəsində qiymətləndirilir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR