İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Qasımlıdan Hesablama Palatasına sual: “6 milyon manat ayrılmışdı..."

Hesablama Palatasının hesabatı ilə bağlı Milli Məclisdəki müzakirələrdə söz alan deputat Musa Qasımlı sənədə səs verəcəyini bildirdi. Eyni zamanda Hesablama Palatasının rəhbərliyinə xitab etdi.

Deputat bildirdi ki, bir neçə il əvvəl cənab Prezidentin sərəncamı ilə Yardımlı-Abasabad yolunun tikintisi ilə bağlı 6 milyon manat vəsait ayrılmışdı: “Bir il keçdi, o yol dağıldı. Sonradan edilən müraciətlərə cavab olaraq Hesablama Palatasının rəhbərliyi bildirmişdi ki, tədbirlər görüləcək. Mən hörmətli Vüqar müəllimdən (Gülməmmədov-red.) soruşmaq istəyirəm: bu tədbrlər görülübmü? Çünki insanlar məsələ ilə bağlı tez-tez müraciət edirlər”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR