İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin əsl qazanclıları

Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan deputatlarının Ukrayna ilə müharibə başlayandan bu yana sərvətlərini artırdıqları ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir, onların bir çoxu prezident Vladimir Putinin yeni fərmanı sayəsində var-dövlətlərini gizlədə biliblər. Lakin müxalif media bununla bağlı maraqlı faktlar əldə edib.

Spiker Vyaçeslav Volodin gəlirini 23% artıraraq 80,9 milyon rubl (təqribən 979 min ABŞ dolları) qazanıb. Bu rəqəm 2021-ci illə müqayisədə 15,9 milyon çoxdur.

Kremlyönlü Ədalətli Rusiya partiyasından olan deputat Aleksandr Babakovun Fransada oğlu və qızının şirkətində qeydə alınmış əmlakı olduğu ortaya çıxıb (aktiv dondurulub).

Deputat Vadim Belousovun 2022-ci ilin may ayından etibarən İspaniyada evi və mənzili olub. Həmin mülklər onun həyat yoldaşı İrinanın adına qeydiyyatdan keçib. Deputat rekord rüşvətə görə məhkum edilib, hazırda axtarışdadır.

Deputat Aleksandr Remezkovun Avstriyada iki mənzili var: biri keçmiş həyat yoldaşına, digəri isə qızının adına qeydə alınıb.

Deputat Valeri Qartunqun həyat yoldaşının adında İsveçrədə 190 kvadratmetrlik, Kiprdə isə 94 kvadratmetrlik evin olduğu ortaya çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR