İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədən sonra ermənilər Rusiyadan kütləvi surətdə qaçmağa başlayıb  

2022-ci ilin səkkiz ayı ərzində Rusiyadan Ermənistan, Qırğızıstan və Özbəkistana rekord sayda miqrant axını qeydə alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Mojem obyasnit” telegram kanalı tərəfindən belə bir məlumat yayılıb. Kanal öz informasiyasını Rusiyanın rəsmi statistik rəqəmlərinə əsaslandırıb.
Rəsmi məlumatlara görə, 2022-ci ilin yanvar-avqust aylarında Rusiyaya 444 minə yaxın miqrant gəlib, 506 mindən çoxu isə gedib. Beləliklə, miqrasiya axını mənfi 62,5 min nəfər təşkil edib. Ekspertlərin fikrincə, bu, hətta koronavirus pandemiyası zamanı belə müşahidə olunmayıb. 2020-ci ildə Rusiyaya 68,8 min, 2021-ci ildə isə 212,3 min xarici ölkələrdən vətəndaş gəlib.

Genişmiqyaslı hərbi işğal əməliyyatlarından əvvəl ukraynalılar işləmək üçün Rusiyaya gəlməyə davam edirmişlər. 2021-ci ilin 8 ayının nəticələrinə görə, Ukrayna Rusiyaya gedənlərin sayına görə bütün xarici ölkələr arasında ikinci yerdə olub (34,6 min nəfər).

İndi ukraynalılar bütün digər miqrantlar kimi Rusiyadan qaçır. 8 ay ərzində Ukraynadan 8,5 min nəfər Rusiyaya üz tutub. Çıxış üzrə rekordçular arasında Ermənistan (mənfi 15,7 min), Qırğızıstan (mənfi 14 min), Özbəkistan (mənfi 13,7 min) yer alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR