İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədə ŞOK GƏLİŞMƏ - Rusiya geri çəkilmə qərarı aldı, Zelenskinin növbəti addımı BƏLLİ OLDU

Rusiya lideri Vladimir Putinin göstərişi ilə başlayan müharibədə gedişat dəyişib. Rusiya tərəfindən ilhaq edilmiş regional paytaxt Xerson barədə qərar verilib.

Musavat.com xəbər verir ki, Rusiya ordusunun Xerson şəhərindən geri çəkiləcəyi açıqlanıb. 

RUSİYA GERİ ÇƏKİLİR

WhatsApp Image 2022-11-10 at 09.39.36 (1).jpeg (102 KB)

Ukraynadakı Rusiya qüvvələrinin komandanı general Sergey Surovikin geri çəkilmə qərarını bəyan edərək, artıq təchizat xətlərini saxlamağın mümkün olmadığını bildirib. Bununla da Dnepr çayının qərb sahilindəki bütün rus qoşunları şəhəri tərk edəcək.

General Surovikin bu qərarı yüksək rütbəli komandirlər və Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə videogörüşdə açıqlayıb. Rusiya prezidenti Vladimir Putin görüşdə iştirak etməyib.

“Bu şəraitdə ən uyğun variant Dnepr çayı boyunca müdafiə xətti təşkil etməkdir” - o deyib.

ZELENSKI CANLI YAYINDA ELAN ETDİ

221109133932-zelensky-amanpour-intv-thumb-vpx.jpg (86 KB)

Ukrayna prezidenti Volodimir Zelenski isə Kiyevin növbəti addımını açıqlayıb.

CNN-ə danışan Ukrayna lideri gəri çəkilmə qərarının qüvvələrin yenidən toplanması üçün strateji addım ola biləcəyini vurğulayıb. O bildirib ki, Ukrayna özünün təyin etdiyi vaxtda bölgədə irəliləyəcək. Hücuma davam siqnalı verən Zelenski bunun vaxtı ilə bağlı heç nə deməyib.

Ukrayna lideri xalqa müraciətində Kiyevin çox ehtiyatlı davrandığını bildirib.

"Düşmən bizə hədiyyə vermir, xoş niyyət göstərmir. Bunu özümüz qazanmalıyıq. Biz minimum riskləri nəzərə alaraq hərəkət edirik".

Qeyd edək ki, Zelenski Xerson vilayətinin yaşayış məntəqələrində 4 hərbi administrasiya yaratmaq barədə fərman imzalayıb. Baş qərargaha sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR