İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə yalnız bu halda bitəcək - İsrailin BMT-dəki nümayəndəsi AÇIQLADI

Terrorçular silahı yerə qoyaraq girovları azad etsə, HƏMAS ilə müharibə bitəcək.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib.

O, Rusiyanın təklif etdiyi BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini tənqid edib.

"İsrailin missiyası girovlarımızı, gələcəyimizi, Qəzza xalqını bu qəddar tiranlardan xilas etməkdir. Bu xilasetmə missiyası çox tez tamamlana bilər. Əgər HƏMAS silahlarını yerə qoysa, girovları azad edib təslim olsa, bu müharibə heç bir güllə atılmadan başa çata bilər. Niyə HƏMAS-ı buna çağırmırsınız?" - deyə Erdan BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı və İsraildəki vəziyyətlə bağlı iclasında deyib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir.

Amb.-Erdan-19.10.21.jpg (48 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR