İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə ilə bağlı SENSASİON PROQNOZ - Bu il…

Ukrayna hakimiyyəti 2025-ci ilin ölkə üçün dönüş nöqtəsi olacağına inanır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko Polşanın RMF FM radiostansiyasına müsahibəsində deyib.

Nazir bildirib ki, Ukrayna Rusiya ilə döyüşlərin bu il başa çatacağını gözləyir.

Svırıdenko qeyd edib ki, hazırda əsas prioritet beynəlxalq dəstəyi artırmaqdır.

Qeyd edək ki, Ukrayna tərəfi beynəlxalq ictimaiyyətin davamlı dəstəyini münaqişənin tezliklə həllində həlledici faktor hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR