İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə “45-ci gün”ə keçə bilər - Laçında: qaldığımız yerdən davam!

Ermənistanda sülh və müharibə tərəfdarlarının davası kapitulyant ölkənin taleyini birdəfəlik həll edəcək; tövbə edib bayrağımızı öpən dinc ermənilər üçün əfv şansı açıla bilər...

Ermənistanda hərb və sülh tərəfdarları arasında mübarizə davam edir. Bu rəqabətin nə ilə bitəcəyi hələlik məlum deyil. Dəqiq olan odur ki, əgər 44 günlük müharibədəki ağır və haqq elədiyi kapitulyasiyadan sonra da “izqoy” ölkə düzgün yol seçməsə, o zaman dünyanın siyasi xəritəsində onun qalıb-qalmamaq məsələsi bütün ciddiliyi ilə gündəmə gələcək.

Təəssüf ki, məğlub Ermənistanda vəziyyəti soyuq başla, obyektiv qiymətləndirənlər çoxluq təşkil eləmir. Ya da radikal-revanşistlərin qorxusundan çoxunun səsi çıxmır. Hərçənd ara-sıra pozitiv çağırışlar da eşidilir. O sırada nəqliyyat yollarının, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasının qonşu ölkəyə fayda gətirəcəyini anlayanlar az deyil...

*****

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması...” – Şərh

“Sərhədlərin açılmasından sonra Ermənistan hazırkı dalan durumundan çarpaz tranzit ölkəyə çevrilə bilər. Təbii ki, bunun nəticəsində çox böyük iqtisadi səmərə olacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistanın iqtisadiyyat naziri, Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası tərəfdarı olan Vaan Kerobyan yerli mediaya açıqlamasında deyib.

 

Erməni nazir bunu həm də yoxsulluğun artan səviyyəsinin diktə elədiyinə diqqət yönəldib. “Bu gün biz ərzaq qiymətlərinin artması səbəbindən yoxsulluq həddinin artması ərəfəsindəyik. Nazirlər Kabinetinin bununla bağlı strategiyası var”, - deyə Kerobyan qeyd edib.

“İki prosesi (saxta ”erməni soyqırımı" və Türkiyə ilə sərhədlərin açılmasını - red.) bir-birindən ayırmaq lazımdır, onları qarışdırmaq olmaz".

Bu sözləri isə İrəvanda jurnalistlərə müsahibəsində ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin Direktorlar Şurasının rəhbəri, “Avrora” humanitar təşəbbüsünün həmtəsisçisi Noubar Afeyan deyib.

Noubar Afeyan Net Worth, Wiki, Bio, Age, Height, Weight, Family, Wife,  Career 2022 - Biography

O, əmin olduğunu bildirib ki, Türkiyə ilə danışıqlar başqa axarda getməlidir: “İndiyə və gələcəyə köklənmək gərəkdir, keçmişə yox. Keçmişi hüquqi və digər üsullarla araşdırmaq, Türkiyənin öhdəlikləri və yanaşmalarını izləmək olar. Lakin bütün bunlar o demək deyil ki, biz ehtiyatla, tədricən iqtisadi əlaqələr qura bilmərik. Axı biz Ermənistanın inkişafını istəyirik. Biz bu bölgədə yaşayırıq və Ermənistan başqa yerə köçəsi deyil”.

*****

Ancaq əfsuslar olsun ki, belə mötədil düşüncəli ermənilərlə yanaşı, radikal mövqeli, daşnak və irqçi kəsim də var.

“Berdzorda (ermənilərin Laçına verdikləri uydurma ad - red.) nə qədər çox adam yaşasa, biz onu təslim eləməyə bilərik”.

Bunu erməni politoloq Tevan Poqosyan İrəvandakı 24TV-nin “Müsahibə” proqramında bildirib.

Parlamentin “Ermənistan” blokundan olan deputat Aspram Krpeyan isə öz Facebook səhifəsində görün nə yazır (bu, keçmiş xunta rejiminə, Qarabağ klanına bağlı deputat blokudur - red.):

Laçındakı ermənilər təşvişdə - Zabux kəndi boşaldılır...

“Aqavnonun (Laçının Zabux kəndinə ermənilərin qoyduğu eybəcər ad - red.) rəhbəri Andranik Çavuşyanla (özünü ”icma rəhbəri" elan edib, Livan ermənisidir - red.) söhbətimizdə biz Berdzor, Aqavno və düşmən tərəfindən işğal edilmiş bütün digər erməni əraziləri uğrunda mübarizəni davam etdirəcəyimizi bir daha təsdiqlədik".

Erməni deputat ardınca bildirir: “Bu il iyulun 4-5-də mən ”artsax"ın və Sünikin (Qərbi Zəngəzur - red.) müxtəlif yaşayış məntəqələrində səfərdə oldum. Növbəti dayanacaq Aqavno idi, burada bizi icmanın rəhbəri Andranik Çavuşyan qarşıladı. Biz icmanı təhdid edən bir sıra təhlükəsizlik məsələlərini müzakirə etdik, Berdzor ətrafında baş verən son antierməni hadisələri araşdırdıq. Biz Berdzor, Aqavno və düşmənin (Azərbaycan nəzərdə tutulur - red.) işğal elədiyi (?! - red.) bütün digər Ermənistan əraziləri uğrunda MÜQƏDDƏS (seçdirmə erməni deputatının özünə məxsusdur - red.) mübarizəni davam etdirmək əzmində olduğumuzu bir daha təsdiqlədik".

*****

“Ermənistan əraziləri uğrunda müqəddəs mübarizə...” Sən demə, Azərbaycan öz ərazisini işğal edibmiş! Laçın, Kəlbəcər, digər əzəli torpaqlarımız, sovet dönəmində belə bir erməninin yaşamadığı ərazilərimiz “Qafqaz qaraçıları”nın halal torpaqları imiş! Bu həyasızlığa indi gəl söz tap!

Əlbəttə, nə qədər ki, erməni cəmiyyətində Poqosyan və Krpeyan kimi “miatsum” virusundan əziyyət çəkən, “göylərdə süzən” taxtabaşlar meydan sulayacaq, ona qədər erməni adında əcaib toplumun iztirabları da bitməyəcək.

Bədbəxt poqosyanlara, krpeyanlara hələ də çatmayıb ki, Laçın şəhəri və dəhlizinin, eləcə də Zabuxun qaytarılması 10 noyabr 2022-ci il tarixli kapitulyasiya aktının şərtidir, könüllülük məsələsi deyil!! (10 noyabr sənədi, bənd 6).  Yəni bu məsələ çoxdan həll olunub və dünyadakı nəfəsi gedib-gələn heç bir ikiayaqlı hayın ona təsir imkanı artıq yoxdur! O ki ola ərazimizə oğrun yolla gəlib qanunsuz məskunlaşan, üstəlik, özünü sırtıqcasına “kəndin icma rəhbəri” elan edən Livan ermənisi Çavuşyan.

Zabuh - Vikipedi

Bir daha başı qaçmış haylara xatırladarıq: söhbət İrəvandan, Gümrüdən yox, Azərbaycan rayonundan, bu rayonun inzibati mərkəzi Laçından, Laçın dəhlizindən, Zabuxdan gedir. Hərçənd İrəvan da, Gümrü də tarixi Azərbaycan şəhərləridir. Ancaq onların növbəsinə, qurtuluşuna hələ var...

*****

Yəni Azərbaycan 2020-ci ilin 10 noyabrında Vətən müharibəsini həm də ona görə dayandırıb ki, Ağdam və Kəlbəcər kimi Laçın rayonu da dinc şəraitdə nəzarətimizə keçəcək. Əks halda, yəni hansısa silahlı müqavimət olacaqsa, onda Azərbaycan müharibəni qaldığı yerdən davam edəcək və bu dəfə ruslar da separatçı quldurları, Laçında qanunsuz yerləşmiş çavuşyanları əlimizdən ala bilməyəcək. Əgər ermənilər yenə sink tabutlar üçün darıxıblarsa, başları tamam qaçıbsa, o zaman problem yoxdur, qarşılığını artıqlaması ilə alacaqlar.

Bəlkə diz çöküb Azərbaycanın bayrağını öpəndən, Azərbaycan dövlətinə sadiqlik andı içib tövbə edəndən sonra ağır cinayət törətməmiş ermənilərin bağışlanması haqda düşünək. Əks halda, gəldikləri yerə rədd olub gedə bilərlər. Üçüncü variant ucuz ölümə tuş gəlməkdir. Azərbaycan öz torpaqlarında ikinci saxta erməni dövlətinin yaranmasına imkan verməyəcək və nida işarəsi!

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR