Onlayn ictimai-siyasi qəzet
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turunda tutulmayan vakant yerlər üçün əlavə vakansiya seçiminin nəticələri açıqlanıb.
Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turunda tutulmayan vakant yerlər üçün əlavə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
24-26 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 251 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, müsahibə mərhələsi tədris ili ərzində baş tutacaq və bu barədə məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ