Onlayn ictimai-siyasi qəzet
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 09.09.2024-cü il tarixdən 13.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək", - məlumatda deyilir.
Bildirilir ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ