İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə naziri: "Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur"

"Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur".

Musavat.com xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Komando Dağ Təlim Mərkəzini ziyarət edərkən deyib.

Müdafiə naziri qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir.

Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR