İnsanlara hürriyət, millətlərə istiqlal!

"Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusunda gənclərlə görüş təşkil edilib  

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusunda gənclərlə görüş təşkil edib.

Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan bu gün şanlı, şərəfli tarixini yaşayır. Ulu Öndər Heydər Əliyevin xidmətləri və əsasını qoyduğu siyasət sayəsində Azərbaycanın regionda aparıcı mövqedə olduğunu  deyən komitə sədri qeyd edib ki, bu məqsəd vətəndaşların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına, potensiallarını Azərbaycanın inkişafına yönəldilməsinə istiqamətlənib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən siyasət gənclərin inkişafı, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması və peşəkar yetişməsi üçün baza rolunu oynayıb:

“Biz bu gün ölkəmizin, regionlarımızın istedadlı gəncləri ilə görüşürük. Ölkəmizdə uşaqların hərtərəfli inkişafı, maraqlarının qorunması, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir”.

Əli Hüseynli qeyd edib ki, Azərbaycan tarixinin ən ağrılı dövrü olan müstəqilliyinin bərpası dövrünündə iştirakçısı olmuşuq: "O zaman da Azərbaycan gəncləri birmənalı olaraq Ulu Öndər Heydər Əliyevin yanında idi".

Dialoq formatında keçən görüşdə  gənclərin sualları cavablandırılıb.

Gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, gənclərin cəmiyyətin inkişafında rolunun və ictimai həyatın bütün sahələrində fəallığının artırılması ilə bağlı müzakirələr aparılıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR