İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Çavuşoğlu İsveçdə Quranın yandırılmasının məqsədini açıqlayıb

“İsveçdəki təxribatların məqsədi bu dövlətin NATO-ya üzvlüyünə mane olmaqdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində estoniyalı həmkarı Urmas Reinsalu ilə birlg keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, konkret olaraq kimisə ittiham etmək doğru olmaz: “Əsas məsələ odur ki, orada hələ də terrorçuların fəaliyyəti davam edir. Təxribatların arxasında kimin dayanması əhəmiyyətli deyil. Mühüm olan İsveçin oxşar təxribatların qarşısını almasıdır”.

M.Çavuşoğlu bildirib ki, Türkiyənin mövqeyi kifayət qədər konkretdir: "Üçtərəfli razılaşmanın tələbləri yerinə yetirilməyənədək İsveç və Finlandiyanı NATO-ya üzvlüyünü təsdiqləməyəcəyik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR