İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya yeni dron hücumu: Vnukovo hava limanı 3 saat işləmədi

Bu gecə Moskva şəhərinə yeni dron hücumu qeydə alınıb. Hücum Yeni Moskva adlanan hissədə baş verib. Gecə saatlarında Yeni Moskva sakinləri iki güclü partlayış səsi eşidiblər. Daha sonra Moskva meri Sergey Sobyanin Telegram kanalında məlumat verib ki, şəhərə bir neçə dronla hücum olunub, onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Mer həmçininn xəsarət alanların, dağıntıların olmadığını qeyd edib.

O da məlum olub ki, saat 05.00-08.00 aralığında Vnukovo hava limanına enəcək təyyarələr “texniki” səbəblərlə digər aeroportlara yönləndrilib. Ümumilikdə 14 təyyarənin digər hava limanlarına eniş etdiyi bildirilir.
TASS agentliyi 4 hərbi dronun vurulduğuna, onlardan birinin düşməsi nəticəsində bir təsərrüfat tikilisinin yandığına dair xəbər yayıb.
Hərbi təyyarə xarakterli bir dron Moskva vilayətinin Kubinka rayonunda yerləşən hərbi obyektlərin birində vurulub.
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR