Onlayn ictimai-siyasi qəzet
Moskvada müstəntiqlər həmyerlisini zorlamaqda ittiham olunan 4 miqrantın həbsi üçün vəsatət qaldırıblar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə oktyabrın 21-də Rusiya İstintaq Komitəsinin paytaxt idarəsi özünün Telegram kanalında məlumat yayıb.
İstintaqın məlumatına görə, oktyabrın 20-nə keçən gecə Krasnoboqatırskaya küçəsində 4 kişi Özbəkistandan olan qadına hücum edib. Onlardan üçü qadına təcavüz edərkən, dördüncüsü cinayət ortaqlarının təhlükəsizliyini təmin edərək keşik çəkib. Qadının şikayəti əsasında cinayətdə iştirak edənlərin dördü də saxlanılıb. Onlara qarşı ittiham irəli sürülüb. İstintaq qrup halında zorlamada şübhəli bilinən şəxslərin istintaq təcridxanasına göndərilməsini tələb edib.
Qeyd edək ki, sentyabrın 28-də Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları 39 yaşlı həmyerlisini zorlamaqda şübhəli bilinən 30 və 34 yaşlı iki Özbəkistan vətəndaşını saxlayıblar.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ