İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada güclü yağış və dolu fəlakətə səbəb oldu - VİDEO

Moskva bölgəsində güclü yağış və dolu fəlakətə səbəb oldu – Dörd ev ildırım nəticəsində alışdı

Musavat.com xəbər verir ki, iyulun 14-də Moskva vilayətində güclü yağış və dolu müşahidə olunub. Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, ildırımın düşməsi nəticəsində azı dörd evdə yanğın baş verib, bir sıra küçələri su basıb.

Kadrlarda su basmış binaların girişləri, dolunun zədələdiyi avtomobillər və alovlanan evlər əks olunub. Güclü yağış bölgənin müxtəlif hissələrində nəqliyyatın hərəkətinə də çətinlik yaradıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə idarəsi bu günün əvvəlində sakinləri xəbərdar etmişdi ki, gün ərzində şiddətli yağış və dolu davam edəcək.

Hazırda bölgədə fövqəladə xidmətlər hadisənin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərir. 

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR