Onlayn ictimai-siyasi qəzet
İsveçrədə yaşayan tanınmış jurnalist Elbəy Həsənlinin sosial şəbəkədə yaydığı məlumata görə, Moskvada 40 yaşlı Areq Samveloviç adlı erməninin şəhərin mərkəzində, Yaroslavski dəmir yolu vağzalında yerlə sürüdülməsi sosial şəbəkələrdə geniş rezonans doğurub.
Məlumata görə, Areq Samveloviç sosial şəbəkələrdə davamlı olaraq İslam dinini, müsəlmanları, xüsusilə də çeçen və dağıstanlıları təhqir edib. O, videolarında iddia edib ki, Moskvada artıq ermənilər hökmranlıq edəcək.
Musavat.com bildirir ki, hadisə ilə bağlı ən diqqətçəkən açıqlama isə Areqin anasından gəlib. O, jurnalistlərə bildirib ki, oğlunun müsəlmanlara qarşı nifrəti 2020-ci il II Qarabağ müharibəsindən sonra daha da güclənib. Areqin dediyinə görə, hadisə zamanı çeçenlər onun qulağını tapançanın dəstəyi ilə sındırıblar. O, daha sonra “Çeçenlər, əgər Sultan bəyin Andranikin qulağını kəsməsindən nümunə götürsəydilər, daha effektli olardı”, deyə ironik açıqlama verib.
Elbəy Həsənli məsələyə satirik və kəskin yanaşaraq qeyd edir:
“Əgər Areq Samveloviç Qarabağ savaşında yaşadığı məğlubiyyətin təsirindən bu qədər əsəb keçiribsə, məntiqlə Azərbaycanlılara söyməli idi. Amma görünür, bu təhqirin cavabının necə ağır ola biləcəyini özü də yaxşı bilir.”
Hazırda sözügedən video Rusiya mediasında və sosial platformalarda geniş müzakirə olunur. Hadisənin araşdırılması və Areq Samveloviçin hüquqi məsuliyyətə cəlb olunması ilə bağlı ictimai təzyiqlər artmaqdadır.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ