İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: “Ben Qurion hava limanı raketlə vurduq” – İsrail inkar edir - VİDEO

Musavat.com xəbər verir ki, İranın yarırəsmi “Tasnim” agentliyi bu gün səhər saatlarında İsrailin Ben Qurion hava limanının raket zərbəsinə məruz qaldığını iddia edib.

Agentlik bu xəbərlə yanaşı, sosial şəbəkələrdə raket zərbəsi anını əks etdirdiyi iddia edilən video görüntülər də yayımlayıb.

İddiaya görə, hücum İran tərəfindən həyata keçirilən ballistik raket atışları zamanı baş verib. “Tasnim” agentliyi hadisənin Tel-Əvivin hava nəqliyyatına ciddi təsir göstərə biləcəyini də qeyd edib.

Lakin bu iddialar İsrail tərəfi tərəfindən dərhal təkzib olunub. İsrail Müdafiə Ordusunun (IDF) nümayəndəsi RIA Novosti agentliyinə açıqlamasında bildirib ki, Ben Qurion hava limanı heç bir raket zərbəsinə məruz qalmayıb. O əlavə edib ki, liman fəaliyyətini normal şəkildə davam etdirir və hər hansı təhlükə aşkarlanmayıb.

Hazırda hücumun baş verib-vermədiyinə dair müstəqil mənbələrdən təsdiq yoxdur. Bu səbəbdən “Tasnim”in paylaşdığı görüntülərin əslən harada çəkildiyi də hələlik dəqiqləşməyib.

Qeyd edək ki, İran və İsrail arasında gərginlik fonunda informasiya müharibəsi də intensiv şəkildə davam edir. Bu səbəbdən hər iki tərəfin yaydığı xəbərlərə ehtiyatla yanaşmaq tövsiyə olunur.

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR