İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda olan Rusiya alimləri Bakı üzərindən təxliyə olunur - Moskva

İsrail və İran arasında silahlı münaqişə ucbatından Tehranı tərk etməyə məcbur olan bir qrup rusiyalı alim Bakıya yollanır.

Musavat.com xəbər verir ki, məlumatı TASS-a A.M.Qorçakov İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat katibi Alena İsakova açıqlayıb. Onun sözlərinə görə, alimlərin iyunun 16-da Bakıdan Moskvaya uçması planlaşdırılır.

İsakovanın sözlərinə görə, İranda Qorçakov Fondunun qrant tədbiri keçirilirmiş: “Bu, "BRİCS Təhsil Ekspedisiyası" adlanır. Elmi müəssisələrimizin əməkdaşları BRİKS formatında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün iranlı gənclər və ekspertləri ilə bir sıra müzakirələr və seminarlar keçirmək üçün İrana gəliblər. Onlar Tehrana bir gün əvvəl, iyunun 12-də İsrail hücumlarının başladığı gün gəliblər”.

Onun verdiyi məlumata görə, Rusiya nümayəndə heyətinin 14 üzvü arasında MDBMİ-nin, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun, Rusiya Beynəlxalq Əlaqələr Şurasının və bir sıra digər təşkilatların əməkdaşları da var.

İsrailin zərbələri başlayandan sonra tədbir bir müddət davam edib. Lakin iyunun 14-də proqramın qısaldılmış versiyası ilə məhdudlaşdırılması barədə qərar qəbul edilib: "Onlar bizim səfirliyimizlə əlaqə saxlayıblar və İran tərəfinin köməyi ilə səfirlik Azərbaycan vasitəsilə təxliyəyə başlayıb. İndi bildiyimizə görə, onlar Bakıya gedirlər və sabah Bakıdan Moskvaya uçacaqlar".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR