İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Daşkəndə Ukraynanın taleyini xatırladırlar – Məktəb olayına görə

Rusiyanın Federasiya Şurası Özbəkistanın Rusiyaya “öz işinizlə məşğul olun” çağırışına cavab verib.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov Özbəkistam parlamentinin vitse-spikeri Əlişir Kadirovun Moskvaya “öz daxili işlərinə baxmağı” tövsiyə etmsinə cavab olaraq Özbəkistana Ukraynanın taleyini xatırladıb.

Rus senator vurğulayıb ki, o, bu tonda bəyanatların əleyhinədir və Kadırovun açıqlaması ən azı çaşqınlıq yaradır. O vurğulayıb ki, bu gün Mərkəzi Asiya ölkələrini Rusiya ilə çəkişdirmək istəyənlərin sayı çoxalıb.

Klimov bildirib ki, “bir müddət əvvəl belə davranan bir ölkə var idi” və indi çox çətin vəziyyətdədir.

“Bu cür hadisələr bunun üçün münbit zəmindir. Müəllim adlandırılması çətin olan həmin müəllimin hansısa geosiyasi məsələlər haqqında düşündüyünü düşünmürəm. Çox güman ki, buna hansısa məişət faktoru təsir edir”, - senator bildirib.

Siyasətçi əmin edib ki, Rusiya xaricdəki həmvətənlərinin hüquqlarının müdafiəsi məsələlərini nəzarətdə saxlayır və bundan sonra da saxlayacaq.

Sözügedən hadisə Çilanzor rayonundakı 188 saylı məktəbdə baş verib: rus dili dərsində qadın müəllim dərsin rusca keçilməsini tələb edən 6-cı sinif şagirdini döyüb. Vəziyyət respublikanın uşaq hüquqları üzrə müvəkkili tərəfindən nəzarətə götürülüb.

İki ölkə arasında münasibətin gərginləşməsi isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın insidentə reaksiyasından sonra gərginləşib. Zaxarova adi məktəb olayına ciddi bir dövlət problrmi imiş kimi reaksiya verib və vitse-spiker Ə.Kadırov onu cavabsız qoymayıb, deyib ki. hüququ pozulan uşaq Özbəkistan vətəndaşıdır və bu ölkənin daxili işidir.

Ancaq qəribədir ki, məktbədə bir müəllimin rusdilli uşağı incitməsinə görə Özbəkistana Ukraynanı misal çəkirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR